Belçikada poçt göyərçini inanılmaz qiymətə satılıb. “Pipa” hərrac evindən verilən məlumata görə, “Armando” adlı göyərçinə 1 milyon 252 min avro pul verilib.
Bizimyol.info xəbər verir ki, poçt göyərçininə bu qədər pul xərcləyən şəxsin kimliyi açıqlanmasa da, onun Çindən olduğu bildirilir.
Poçt göyərçini | Foto: PIPA HoldingBelçikanın Flanders bölgəsində yetişdirilən 178 göyərçinin satışından ümumilikdə 2 milyon avrodan çox pul toplanıb.
Poçt göyərçini gündəlik 1.12 min kilometr uça bilir. Onun orta uçuş sürəti saatda 90 kilometrdir. Maksimum sürəti isə 150 km-ə çatır.






