Rusiyanın Krasnodar şəhərində uşaq bağçasında xoşagəlməz hadisə baş verib. Müəllimə gəzinti zamanı uşaqlardan birini küçədə unudub.
Bizimyol.info xəbər verir ki, Krasnodarın özəl bağça müəlliməsi məsuliyyətsiz davranıb. Gəzintiyə beş uşaq aparsa da, qayıdanda onların sayına fikir verməyib. Küçədə qalan uşaq yoldan keçənlərin diqqətini çəkib. Bağçaya gəlib yaşyarımlıq körpə haqqında sual verəndə müəllimə “deyəsən, bizim uşaqdır” söyləyib.
Sosial şəbəkələrdə müəlliməni ittiham edən çoxlu rəylər yazıblar. Uşağın anası “İnstaqram”da video-müraciət yerləşdirməli olub. Ana çıxışında bağçadan narazı qalmadığını, övladının evə həmişə təmiz, tox, xoşbəxt qayıtdığını deyib.
Müəlliməyə heç bir cəza verilməyib.






