“Кinopoisk”də təsadüfi film
Təsadüfi film pəncərəsi ana səhifənin lap aşağısında sağ paneldə yerləşir. “Digər təsadüfi film” yazısınsa basaraq, siz film üçün buraxıldığı il, ölkə, janr kimi parametrləri seçə biləcəyiniz səhifəyə keçid etmiş olacaqsınız. Alqoritm sizi IMDB balı 6-dan aşağı olmayan istəyinizə uyğun filmə yönləndirəcək. Yüksək balı olan filmlər isə yaşıl rənglə vurğulanaraq, daha rahat tapmağınıza kömək edəcək.
Top-250 IMDB
Son dövrlər bu saytın reytinqləri şübhə altına düşməyə başlasa da, top 250 listi hələ də çox gözəl filmlərlə dolub-daşır. Bu siyahıya düşmüş filmlərin bir çoxuna rahatlıqla baxmaq olar.
A Good Movie to Watch
Saytın redaktorları filmləri bir neçə xarakteristikadan yola çıxaraq, özləri seçirlər. İlk əvvəl tənqidçi və tamaşaçılar tərəfindən əldə etdiyi reytinq üzrə, çox da məhşur olmayan filmlər vurğulanır. Ona görə də bu saytın təklif etdiyi gözəl filmlərə artıq baxmış olduğunuz ehtimalı azdır.
Good Movies List
Good Movies List seçimləri Rotten Tomatoes, Metacritic və IMDB reytinqlərinə əsasən edilir. Sayta keçirdiyiniz bir neçə dəqiqə gözəl film seçməyə kifayət edəcək.
WMSIWT
WMSIWT (What Movies Should I Watch Tonight) — bu sayt adıyla suala cavab vermiş olur. Sayta keçid etdiyinizdə, ilk növbədə filmlərdən birinin treyleriylə qarşılaşacaqsınız. Xidmət, redaktorların şəxsi seçimləriylə fəaliyyət göstərir, buna görə də hər film xüsusi seçimə əsaslanır.






