İrakın Ərbil Beynəlxalq Hava Limanından Avstriyaya uçan təyyarəyə uçuşdan 3 gün əvvəl girmiş bülbül aşkar edildi.
Bizimyol.info xəbər verir ki, təyyarə hava ilmanına enən kimi bülbül tutularaq barəsində “vətəninə qaytarmaq qərarı” verilib. "Deportasiya" qərarından sonra bülbül ölkəsində zarafat mövzusuna çevrilib.

Gəldiyi təyyarə ilə geri qaytarılacağı bildirilən “qaçaq” bülbül hava limanının işçiləri tərəfindən vətənində “azadlığına” qovuşacaq. Hava limanının işçilər artıq bildiriblər ki, bülbül geri dönən kimi onu sərbəst buraxacaqlar.






