AĞILLI EV
Ev əşyalarının ayrı-ayrılıqda innovativ texnologiya ilə birləşməsi, online fəaliyyətə keçməsi artıq uzun illərdir davam etsə də, bütün evin online olaraq nəzarət etməsi yeni kəşflərdən biridir. Artıq Google Nest Labs, Amazon isə Echo servisi təklif edir.
Bu aplikasiya nəzarət kameraları, otaq tempraturu, ev işıqlarını və digər ev işlərini online olaraq idarə etmək imkanı verir.
AVTOPİLOT AVTOMOBİLLƏR
2016-cı ilin ən çox müzakirə olunan texnoloji yeniliklərindən biri də avtopliot avtomobillərin istifadəyə verilməsidir. Artıq Uber və General Motors kimi böyük şirkətlər özünü idarə edən avtomobillərinin test sürüşünə başlayıb.
ELEKTRO AVTOMOBİLLƏR
Tesla, Toyota, BMW kimi avtomobil şirkətləri artıq hər il keçirilən Avtomobil sərgilərində elektrik avtomobillərini təqdim edərək yarışırlar. Qərb ölkələrində elektik maşınlar sürətlə populyarlaşmağa davam edir.
Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında avtomobillər üçün elektrik doldurma məntəqəsi fəaliyyət göstərsə də elektrik avtomobillərin satışı hələ də yoxdur.
DRONE İLƏ ÇATDIRILMA
Artıq Azərbaycanda drone istifadəsi qanunla da icazəlidir. Ancaq bu hələ bu kəşfdən çox da istifadə olunmur. Amazon şirkəti Amerikada çatdırılmanı drone ilə reallaşdırmağa başlayıb.
MUSİQİ PLATFORMALARI
Netflix artıq bütün dünyada fəaliyyətə başlamış olsa da musiqi platformaları haqda eyni şeyi deyə bilmərik. Spotify, Tidal kimi platformalar hələ də Azərbaycanda aktiv deyil və biz bu platformaların üstünlüklərindən istifadə edə bilmirik.
pahoo.az






