V.Rzayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Bizimyol.info xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyanın qərarına əsasən, V.Rzayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsində qeydə alınıb. 57 yaşlı Vidadi Rzayev aralarında yaranmış mübahisə zəminində qonşusu, 47 yaşlı Şahin İsgəndərova bıçaqla 9 dəfə zərbə vurub. Şahin İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yasamal rayon hüquq mühafizə orqanlarının əməkdaşları V.Rzayevi saxlayıblar.
Hadisə şahidlərinin verdiyi məlumata görə, mərhum Ş.İsgəndərov dəfələrlə qonşusu V.Rzayevə avtomobilini yolda saxlaması ilə bağlı iradını bildirib.
Rəşad VAQİFOĞLU






