Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piyada məsuliyyyətsizliyi ağır qəzalara səbəb olur: Sürücülər həmişə günahkar deyil
Piyada məsuliyyyətsizliyi ağır qəzalara səbəb olur: Sürücülər həmişə günahkar deyil

Ölkədə yol-nəqliyyat hadisələrinin heç də hamısı sürücülərin təqsiri üzündən baş vermir. Piyadaların məsuliyyətsiz davrandığı epizodlar da az olmur. Onların təyin olunmamış və ya qadağan edilmiş yerlərdən yolu keçmək cəhdi nəinki ağır qəzalara, həm də öz həyatı bahasına başa gəlir. Sanki son vaxtlar bu istiqamətdə daha çox xəbərlər eşitməyə başlamışıq.

Bizimyol.info xəbər verir ki, bir sıra ölkələrdə yol-nəqliyyat hadisəsi zamanı piyada qaydaları aşkar şəkildə pozduğu halda sürücü məsuliyyətdən azad olunur. Azərbaycanda bununla bağlı ciddi problem var. Ekspertizanın rəyindən çox şey asılıdır.

Ölüm halında piyadanın məsuliyyəti ortada olsa da, sürücü təqsirkar çıxarılır. İddia olunur ki, sürücü piyadanı uzaqdan görə bilərdi, texniki baxımdan avtomobili saxlamaq imkanı vardı. Bu cür mülahizələrə görə sürücü illərini həbsdə keçirməli olur.

Təkcə son aylarda qaydaları kobud şəkildə pozaraq nizamlanmayan yerlərdən yolu keçməyə çalışan onlarla piyada ağır qəzaya səbəb olub, həm də həyatını itirib. Ayrı-ayrı vaxtlarda Xətai porospektində, Böyükşor şossesində, 8 Noyabr prospektində baş vermiş qəzaları xatırlamaq kifayətdir.

İyunun 6-da Sabunçu rayon ərazisində, Sabunçu körpüsü yaxınlığında piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş vermişdi. Piyada hərəkətin intensiv olduğu çoxzolaqlı yolda digər tərəfə keçmək istəyərkən minik avomobilinin qarşısına çıxmışdı. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi növbəti dəfə piyadalara müraciət edərək həm həyatını riskə atmamaq barədə, həm də belə qəzalara görə məsuliyyətli davranışla bağlı tövsiyələr vermişdi.

Ümumiyyətlə, mərkəzin açıqlamasına görə, keçən il 30 mindən çox piyada barəsində yol-hərəkəti qaydalarını pozmağa görə inzibati xəta haqqında protokol tərtib olunub. Belə böyük statistik göstəriciyə baxmayaraq, piyadalar yolu haradan gəldi keçməkdə davam edir.

Şübhəsiz, məsələyə həssaslıqla yanaşı, nəzarət də artırılmalıdır. Şəhərin hətta mərkəzində belə, piyadaların nizamlanan yerlərdə də qayda pozduğunu görürük. Piyadalar üçün işıqforun qırmızı işığı yansa da, yolu keçməyə çalışırlar. Hər kəs anlamalıdır ki, belə davranışın nəticəsi ağır ola bilər. Əksər ailələrdə həm piyada, həm də sürücü var. Deməli, qaydalara əməl etmək hamımızın marağına uyğundur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »