Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Köklərdən İnkişafa”: Nine Senses Fest 2026 nə vəd edir?
“Köklərdən İnkişafa”: Nine Senses Fest 2026 nə vəd edir?

Bakıda 12–14 iyun tarixlərində keçiriləcək Nine Senses Fest 2026 bu il “Köklərdən İnkişafa” ideyası üzərində formalaşaraq, insanı daxili dünyasına yönəldən, hiss etməyi və müşahidəni gücləndirən çoxqatlı bir təcrübə kimi təqdim olunur.

Festival artıq sadəcə bir tədbir deyil, insanın bədən, ağıl və ruh arasında balans axtarışını dəstəkləyən bir inkişaf məkanına çevrilib.

Festivalın əsas konsepsiyası “SPIRIT -BODY MIND” modeli üzərində qurulub. Burada SPIRIT insanın daxili mənasını və ruhani aydınlığını, BODY bədənin anı yaşamaq və hiss etmə vasitəsini, MIND isə şüurun müşahidə edən və dərk edən tərəfini ifadə edir. Bu üç istiqamət birlikdə insanın daha harmonik və bütöv vəziyyətə yaxınlaşmasına xidmət edir.

Tədbirin təşkilatçıları Nine Senses Art Center və ANSA (Azerbaijan New Skills Academy)-dır. Layihənin ümumi ideya xətti Leyla Əliyeva tərəfindən dəstəklənir.

Nataliya Jukova festivalın məqsədini insanın özünü daha dərindən tanıması, fərqli inkişaf metodlarını bir məkanda birləşdirməsi və gündəlik həyatın sürətindən uzaqlaşıb daxili sakitliyi tapması kimi izah edir.

Festival 12–14 iyun tarixlərini əhatə edir.

Bu il təxminən 1500 iştirakçı ilə 80-dən çox yerli və xarici spikeri bir araya gətirəcək. Proqram çərçivəsində yoqa, meditasiya, nəfəs texnikaları, səs terapiyası, art-terapiya və şüur inkişafına yönəlmiş müxtəlif sessiyalar təqdim olunacaq. Açıq hava praktikaları və dənizkənarı zonalar da tədbirin əsas hissələrindən biridir.

Gün ərzində keçirilən fəaliyyətlər fasiləsiz axın formatında təşkil olunur: səhərlər yoqa və meditasiya ilə başlayan proqram daha sonra nəfəs məşqləri, enerji işləri, “Kriya — həyat elmi” yanaşmaları və şüur mövzusunda interaktiv sessiyalarla davam edir. Paralel olaraq “Neyroağac” kimi konseptual mühazirələr və psixoloji yönümlü təcrübələr də iştirakçılara təqdim edilir.

Festival məkanında həmçinin art-terapiya, tarot praktikaları, mismar üzərində dayanma, musiqi və çay mərasimləri, yerli brendlər və yaradıcılıq zonaları da fəaliyyət göstərəcək. Terrace hissəsində Taytszitsüan, Ebru sənəti və digər bədən-ruh balansına yönəlmiş məşğələlər daha sakit atmosfer yaradacaq.

Proqram çərçivəsində ayrıca olaraq 10 iyunda Bakı Konqres Mərkəzində Gurudev Şri Şri Ravi Şankar ilə görüş də planlaşdırılır. Əsas festival isə 12–14 iyun tarixlərində Sea Breeze məkanında baş tutacaq və üç gün boyunca davam edəcək.

Festival iştirakçıları gündəlik həyatın sürətindən uzaqlaşdıraraq daha dərin, daha şüurlu və daha balanslı bir daxili prosesə yönəltməyi hədəfləyir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »