Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST xəbərdarlıq edir: Ebola virusunu nəzarətdə saxlamaq mümkün deyil
ÜST xəbərdarlıq edir: Ebola virusunu nəzarətdə saxlamaq mümkün deyil

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sağlamlıq Fövqəladə Vəziyyətləri və Müdaxilə Operasiyaları Direktoru Abdirahman Mahamud bildirib ki, Konqo Demokratik Respublikasında (KDR) baş verən Ebola epidemiyasını idarə etməkdə çətinlik çəkirlər. Test və yoluxmuş şəxslərlə əlaqələrin izlənməsi artırılsa da, bir çox çətinlik hələ də qalmaqdadır.

Bizimyol.info xəbər verir ki, Mahamud BMT Cenevrə Ofisinin həftəlik mətbuat konfransına onlayn qatılaraq KDR və Uqandadakı vəziyyəti dəyərləndirib.

O, KDR-də «Bundibugyo» virusunun səbəb olduğu Ebola epidemiyasının artıq üç həftədən çox davam etdiyini xatırladıb və son 15 gündə olduğu Buniya bölgəsində geniş müdaxilə səylərinə şahid olduğunu bildirib.

«KDR-də 8 iyun tarixinə qədər 550 təsdiqlənmiş hal, 101 ölüm və cəmi 19 sağalmış xəstə qeydə alınıb. Epidemiya əsasən Ituri vilayətində, təsdiqlənmiş hallarının 94%-ni (487) təşkil edir. Təsdiqlənmiş hallarda artım test və yoluxma əlaqələrinin izlənməsinin artırılması ilə bağlıdır ki, bu müsbət xəbərdir. Amma biz hələ epidemiyanın nəzarət imkanından geridəyik və bir çox çətinlik davam edir. Təxminən 100 şübhəli halı təsdiqləmək və ya rədd etmək üçün davam edən araşdırmalarımız var», - deyə Mahamud qeyd edib.

Uqandada isə 19 təsdiqlənmiş hal, 2 ölüm və bir ehtimallı ölüm qeydə alınıb. Mahamud bildirib ki, Uqandada cəmiyyət daxilində yoluxma barədə heç bir sübut yoxdur. ÜST KDR-də yerli hakimiyyət orqanlarına və səhiyyə tərəfdaşlarına dəstəyi davam etdirir.

Qeyd edək ki, KDR-nin şərqindəki Ituri vilayətində 246 şübhəli hal və 65 ölüm qeydə alındıqdan sonra ölkədə 15 may tarixində epidemiyanın başladığı elan edilib.

ÜST isə 17 mayda yenidən ortaya çıxan Ebola epidemiyası səbəbindən beynəlxalq səhiyyə fövqəladə vəziyyəti elan edib. Səhiyyə rəsmilərinə görə, indiki epidemiyanın səbəbkarı nadir Ebola variantı olan «Bundibugyo» virusudur və onun təsdiqlənmiş müalicəsi və ya peyvəndi yoxdur.

Epidemiya çərçivəsində ümumi hal sayı artıq 1000-i aşdığı bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »