Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Valeh Kərimov: “İstedadlı adamlar ərköyün olur...”
Valeh Kərimov: “İstedadlı adamlar ərköyün olur...”

Bu gün görkəmli aktyor, kinorejissor, Azərbaycanın xalq artisti Ramiz Əzizbəylinin vəfat günüdür. Azərbaycan kinosunun inkişafına töhfələr verən aktyor yaratdığı rəngarəng obrazları ilə tamaşaçıların rəğbətini qazanıb. O, “Bəxt üzüyü” filminin rejissoru kimi məşhurlaşıb.

Ramiz Əzizbəyli ilə bağlı xatirələrini bizimlə bölüşən xalq artisti Valeh Kərimov Bizimyol.info xəbər portalına bildirib ki, həm aktyorluq, həm rejissorluq sahəsində çox fəal idi: “Ramiz Əzizbəyli çox istedadlı insan olub. İstedadlı adamlar da bir az ərköyün olurlar, tez inciyən olurlar. Bu da onun xarakteri idi. O, çox səmimi idi, nəyi bəyənib-bəyənmədiyini açıq şəkildə deyirdi. Dost idisə, dost, düşmən idisə, düşmən idi - belə bir insan idi.

Universitetdə birlikdə kafedrada işləyirdik. Çalışqan insan idi. Mən görürdüm ki, kafedrada özü səhnə düzəltdirirdi, otaqda pərdələri də özü asırdı. Bizi də çağırırdı, kömək edirdik. İstər aktyorluq, istər rejissorluq sahəsində çox fəal idi”.

Valeh Kərimov əlavə edib: “O, qəzəlxan idi, gözəl şeirləri və maraqlı qəzəlləri var idi. Maraqlı və bacarıqlı insan idi. Biz onunla həm filmdə, həm də universitetdə çox yoldaşlıq etmişik. Hərdən evlərinə də gedib-gəlirdim. Evdə də ailəsi ilə səmimi və mehriban olub. Onu belə xatırlayıram”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »