Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ursula fon der Lyayen Rusiya qarşı 21-ci sanksiyalar paketini təqdim edəcək
Ursula fon der Lyayen Rusiya qarşı 21-ci sanksiyalar paketini təqdim edəcək

Ursula fon der Lyayen bu gün, 9 iyun tarixində Avropa Komissiyası adından Rusiya qarşı yeni – 21-ci sanksiyalar paketini təqdim edəcək. Təqdimatın Brüsseldə, Kiyev vaxtı ilə saat 14:00-da keçirilməsi planlaşdırılır.

Bizimyol.info xəbər verir ki, məlumatı Avropa Komissiyasının mətbuat xidməti yayıb.

Rəsmi təqdimatdan sonra yeni sanksiyalar paketi Avropa İttifaqı üzv ölkələrinin müzakirəsinə çıxarılacaq və Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməsi gözlənilir.

Mənbələrin məlumatına görə, Aİ yeni məhdudiyyətləri 15 iyula qədər təsdiqləməyi planlaşdırır. Paketdə əsas diqqət Rusiyanın neft qiymət tavanı mexanizminin yenidən nəzərdən keçirilməsinə yönələcək.

Bundan əlavə, yeni sanksiyalar paketinə Rusiya hərbi-sənaye kompleksinə qarşı əlavə məhdudiyyətlər və Rusiyanın “kölgə donanması” kimi tanınan neft daşımaları şəbəkəsinə qarşı tədbirlərin daxil ediləcəyi bildirilir.

Qeyd edək ki, Avropa İttifaqı Ukraynada müharibə başlayandan bəri Rusiyaya qarşı mərhələli şəkildə bir neçə sanksiyalar paketi tətbiq edib və bu istiqamətdə təzyiqləri davam etdirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »