Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Moskva və Sankt-Peterburqa dron hücumları vacibdir
Zelenski: Moskva və Sankt-Peterburqa dron hücumları vacibdir

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Rusiya şəhərləri – Moskva və Sankt-Peterburqa dronların uçurulmasının vacib olduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısı Britaniyanın "The Guardian" qəzetinə verdiyi müsahibədə bildirib.

Zelenskinin sözlərinə görə, dronların Moskva bölgəsində və Sankt-Peterburqda yaşayış məntəqələrinin üzərində uçurulmasının məqsədi sakinlərin “müharibənin nə olduğunu hiss etməsini təmin etməkdir”.

“Bu müharibədə qələbə o zaman olacaq ki, rus cəmiyyəti anlayacaq: müharibə dəhşətlidir və bu dəhşət təkcə haradasa baş vermir, onlar üçün özləri üçün baş verir. Məncə, məhz bu an çox önəmlidir,” – deyə Zelenski vurğulayıb.

Prezident həmçinin bildirib ki, may ayında gizli olaraq Kiyevə gələn rus oliqarxı Roman Abramoviçə Ukrayna torpaqlarından, xüsusilə Donbasdan heç vaxt imtina etməyəcəklərini söyləyib.

“Putinin ətrafında fərqli insanlar var. Onların yarısı müharibəni davam etdirmək istəyir, yarısı isə dayandırmaq arzusundadır. Məncə, iş adamları Rusiyanın iqtisadiyyatının kritik vəziyyətdə olduğunu başa düşürlər. O, çöküşə çox yaxındır”, - deyə Zelenski əlavə edib.

Ukrayna Müdafiə Qüvvələrinin 3 iyun gecəsi Sankt-Peterburqda bir sıra obyektlərə zərbə endirdiyi bildirilir. Zelenski xüsusilə Sankt-Peterburqdakı neft terminalının vurulduğunu təsdiqləyib.

Daha sonra, 6 iyun gecəsi Sankt-Peterburqa ikinci zərbə seriyası endirilib. Həmin vaxt Baltiya donanmasına aid baza hədəf alınıb.

Müharibənin Tədqiqi İnstitutunun analitikləri qeyd edirlər ki, bu hücumlar Rusiyanın böyük şəhərləri Ukrayna zərbələrindən etibarlı şəkildə qoruya bilmədiyini bir daha göstərib və Moskva tərəfindən təqdim olunan sabitlik narrativini sarsıdır.

Bundan əlavə, 17 may gecəsi dronlar Moskva vilayətinə kütləvi hücum həyata keçiriblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »