Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin və Şimali Koreya strateji əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
Çin və Şimali Koreya strateji əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

Kim Çen In və Si Cinpinq Pxenyanda keçirilən danışıqlar zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və strateji koordinasiyanın gücləndirilməsi barədə razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib.

Bildirilir ki, 8 iyunda “Kimsusən” fəxri qonaq iqamətgahında keçirilən görüş zamanı Kim Çen In qeyd edib ki, Si Cinpinqin səfəri iki ölkə arasındakı yüksək səviyyəli münasibətləri nümayiş etdirir və ənənəvi dostluq və əməkdaşlığın inkişafına sadiqliyi təsdiqləyir. O, həmçinin Pxenyanın Pekinlə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu və “vahid Çin” prinsipinə sadiq qalacağını vurğulayıb.

Öz növbəsində Si Cinpinq Şimali Koreyanın inkişaf sahəsində əldə etdiyi nailiyyətləri qeyd edib və ölkəsinin Çin Xalq Respublikası ilə Şimali Koreya arasında ənənəvi əlaqələrin möhkəmləndirilməsinə sarsılmaz sadiqliyini təsdiqləyib. O bildirib ki, Pekin ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran əsas məsələlər üzrə koordinasiyanı davam etdirəcək.

Bundan əlavə, tərəflər iki ölkə arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin 65-ci ildönümü münasibətilə hər iki ölkədə təntənəli tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.

Agentlik görüşlərin dostluq mühitində keçdiyini və Pxenyan–Pekin strateji əməkdaşlığının inkişafında “yeni mərhələ” kimi dəyərləndirildiyini vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »