Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Xidmətin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə (27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin) və 7200 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »