Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp İranla yaxın zamanda saziş bağlanacağını artıq 37 dəfə bəyan edib
Tramp İranla yaxın zamanda saziş bağlanacağını artıq 37 dəfə bəyan edib

ABŞ Prezidenti Donald Tramp artıq 37 dəfə İranla sazişin bağlanmasına yaxın olduqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə hesablamanı CNN telekanalı yayıb.

“Bu, ən azı 37 dəfə baş verib. Tramp birbaşa olaraq — sosial şəbəkə paylaşımlarında, ictimai çıxışlarında və media ilə telefon danışqlarında — sazişin yaxın olduğunu və ya İranın bunu bağlamağa ciddi şəkildə can atdığını bəyan edib”, — deyə telekanal qeyd edir. CNN xatırladır ki, bu fikir ilk dəfə 23 martda səsləndirilib. Sonuncu dəfə ABŞ lideri 8 iyunda Vaşinqton və Tehranın “yaxın iki həftə ərzində saziş bağlayacağını” bildirib.

“Tramp bu barədə ya yanılır, ya maliyyə bazarlarını sakitləşdirməyə çalışır, ya da həqiqətən bunu reallaşdıra biləcəyinə inanır. Lakin aydındır ki, bu bəyanatlara artıq ciddi yanaşmaq lazım deyil”, — deyə CNN bildirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »