ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, bu payız keçiriləcək aralıq seçkilər Respublikaçılar Partiyası üçün asan olmayacaq və nəticələr hakim partiya baxımından mənfi ola bilər.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "Fox News" kanalına müsahibəsində qeyd edib.
“Aralıq seçkilər hakim partiya üçün həmişə çox çətin olur. Tarixə nəzər salsaq, hətta ölkədə vəziyyət yaxşı olsa belə, bu seçkilər adətən hakim partiya üçün uğursuz nəticələrlə yadda qalır”, - deyə bildirib.
Bununla yanaşı, Vens respublikaçıların uğur qazanmaq şansının da olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ administrasiyasının rəhbəri seçki kampaniyası zamanı verdiyi əsas vədlərin bir çoxunu yerinə yetirib. Vitse-prezident həmçinin hesab edir ki, demokratlar amerikalı seçicilərin dəstəyini qazana biləcək uyğun namizədlər irəli sürməkdə çətinlik çəkirlər.
ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.
Qadir, Bizimyol.info






