Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Trampın nümayəndələri Vitkoff və Kuşnerlə danışıb: əsas məqamlar
Zelenski Trampın nümayəndələri Vitkoff və Kuşnerlə danışıb: əsas məqamlar

Ukrayna Prezidenti Vladimir Zelenskyy ABŞ nümayəndələri Steve Vitkoff və Cerad Kuşner ilə “çox müsbət” telefon danışığı apardığını bildirib. O, ABŞ tərəfinin yaxın həftələrdə Ukraynadakı müharibənin dayandırılması istiqamətində fəal işləməyə hazır olmasını yüksək qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, Zelenski bu barədə Moldovanın paytaxtı Kişinyov şəhərində jurnalistlərə açıqlamasında bildirib.

“Çox müsbət söhbət oldu. ABŞ tərəfinin yaxın həftələrdə diplomatik prosesə yeni təkan vermək üçün maksimum fəallıq göstərməyə hazır olmasına görə minnətdaram”, - deyə qeyd edib.

Məlumata görə, Zelenski müharibənin nizamlanması ilə bağlı növbəti addımları müzakirə etmək üçün Birləşmiş Krallıq, Frana və Almanıya liderləri ilə Londonda keçirdiyi görüşdən sonra Kiyevə qayıdıb. Avropa liderləri Zelenski ilə Kremlin rəhbəri Vladimir Putin arasında mümkün görüş təşəbbüsünü dəstəkləyərək bildiriblər ki, Avropa atəşkəsə nail olunması üçün öz rolunu oynamağa hazırdır.

ABŞ vasitəçiliyi ilə aparılan danışıqların son dövrlərdə dalana dirəndiyi qeyd olunur. Bunun əsas səbəbi kimi Vaşinqtonun diqqətini İranla bağlı gərginliyə yönəltməsi göstərilir.

Zelenski daha sonra Fransa Prezidenti Emmanuel Macron ilə də telefon danışığı apardığını bildirib. Tərəflər ABŞ nümayəndələri ilə aparılan müzakirələri və gələcək koordinasiyanı dəyərləndiriblər. Danışıqlarda Böyük Britaniyanın Baş naziri Keir Starmer və Almaniya kansleri Friedrich Merz ilə Londonda keçirilmiş görüşlərin nəticələri də müzakirə edilib.

Məlumata görə, ABŞ nümayəndələrinin yaxın həftələrdə Kiyevə səfəri də gündəmdədir. Bu baş tutarsa, Vitkoff və Kuşnerin Ukraynaya ilk rəsmi səfəri olacaq.

Bu arada, BMT Təhlükəsizlik Şurası keçirilən iclasda beynəlxalq tərəflər Ukraynada atəşkəs səylərinin davam etdirilməsinə çağırıblar. BMT nümayəndələri Rusiyanın son günlər Ukrayna şəhərlərinə hücumlarını artırdığını və nəticədə çoxsaylı mülki şəxslərin həlak olduğunu bildiriblər.

Zelenski həmçinin vurğulayıb ki, dünyanın diqqəti hazırda İrana yönəlsə də, Avropada sülh məsələsi beynəlxalq gündəmdə qalmaqda davam edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »