Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: ABŞ və İran yaxın iki həftədə razılığa gələ bilər
Tramp: ABŞ və İran yaxın iki həftədə razılığa gələ bilər

ABŞ Prezidenti Donald Trump Vaşinqton və Tehranın yaxın iki həftə ərzində razılıq əldə edə biləcəyini istisna etməyib.

Bizimyol.info xəbər verir ki, ABŞ lideri bunu Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsey Graham üçün təşkil edilən televiziya bağlantısı zamanı bildirib.

“Hazırda danışıqlar aparırıq və İran çox yaxşı bir saziş bağlamaq istəyir. Onlar bizə lazım olan hər şeyi verməyə hazırdırlar. Nüvə silahından imtina etməyə də hazırdırlar”, - deyə o qeyd edib.

Tramp əlavə edib ki, yaxın iki həftə həlledici olacaq: “Məncə, biz qalib gəlirik, amma bu qələbə qarşıdakı iki həftə ərzində əldə olunmalıdır. Bu, tam qələbə olacaq və çox tez baş verəcək. Bundan dərhal sonra neftin qiymətləri də aşağı düşəcək”, - deyə bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl də ABŞ və İranın münaqişənin nizamlanması ilə bağlı razılığa yaxın olduğunu dəfələrlə bəyan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »