Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniya Hörmüz Boğazında hərbi əməliyyatlarda iştirakdan imtina edir
İspaniya Hörmüz Boğazında hərbi əməliyyatlarda iştirakdan imtina edir

İspaniya hökuməti Hörmüz Boğazında mümkün gərginlik yarada biləcək hər hansı hərbi əməliyyatda iştirak etməyəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Xose Manuel Alvares Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İspaniya “gərginliyə səbəb ola biləcək heç bir addımda iştirak etməyəcək”. Nazir bu fikirləri, ABŞ–İran razılaşmasının uğursuz olması halında Hörmüz Boğazında təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulan mümkün missiyada İspaniya silahlı qüvvələrinin iştirakı ehtimalı ilə bağlı suala cavab olaraq səsləndirib.

“Biz hesab edirik ki, bu böhran üçün hərbi həll yolu yoxdur”, – deyə Alvares əlavə edib.

Nazir qeyd edib ki, dünyada beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və BMT Nizamnaməsinə əsaslanan sistemlə “cəngəllik qanunu”nu – yəni xarici siyasətdə xaos, zorakılıq və müharibəni üstün tutan yanaşma arasında dərin qırılma baş verir.

3 may tarixində Donald Tramp bəyan edib ki, ABŞ Hörmüz Boğazında “Project Freedom” adlı əməliyyata başlayacaq. Onun sözlərinə görə, əməliyyatın məqsədi boğazdan gəmilərin təhlükəsiz çıxışını təmin etmək olacaq. Tramp həmçinin xəbərdarlıq edib ki, bu “humanitar prosesə” hər hansı müdaxilə olarsa, ABŞ güc tətbiq edəcək.

Bununla yanaşı, İran parlamentinin milli təhlükəsizlik komitəsinin rəhbəri İbrahim Əzizi bildirib ki, İran Hörmüz Boğazında gəmiçiliyə ABŞ tərəfindən hər hansı müdaxiləni atəşkəsin pozulması kimi qiymətləndirəcək.

Hörmüz Boğazı regionda qlobal enerji və ticarət daşımaları üçün ən vacib su yollarından biri hesab olunur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »