Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çilidə 6,9 bal gücündə zəlzələ baş verib
Çilidə 6,9 bal gücündə zəlzələ baş verib

Çilidə 6,9 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, ABŞ-nin “Earthquake Report” seysmoloji nəşrinin yaydığı məlumata görə, yeraltı təkanların episentri təxminən 95 kilometr dərinlikdə, Çilinin Calama şəhərindən 35 kilometr aralıda yerləşib.

Zəlzələ şəhər infrastrukturunda ciddi problemlərə səbəb olub. Məlumata əsasən, Kalama şəhərində genişmiqyaslı elektrik kəsintiləri baş verib, həmçinin su təchizatı tamamilə dayanıb.

Təbii fəlakət yaşayış məntəqələri ilə yanaşı, regionun sənaye sektoruna da təsir göstərib. Episentrə yaxın sənaye zonalarında güclü torpaq sürüşmələri qeydə alınıb ki, bu da obyektlərə girişi çətinləşdirib.

Hazırda ölən və yaralananlarla bağlı məlumatlar yerli xilasedici xidmətlər tərəfindən dəqiqləşdirilir.

Çili hakimiyyəti dəymiş ziyanın qiymətləndirilməsi və elektrik xətlərində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində işlərə başlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »