Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qırğızıstan XİN: BMT baş katibi Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək
Qırğızıstan XİN: BMT baş katibi Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək

BMT-nin baş katibi Antonio Quterreş avqustun sonu – sentyabrın əvvəlində Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Nyu-Yorkda Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə BMT baş katibi arasında keçirilən görüşün yekunlarına dair məlumat yayıb.

Məlumatda bildirilir ki, “Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev BMT-nin baş katibi Antonio Quterreşlə görüş keçirib. Görüş zamanı BMT baş katibinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Bişkekə planlaşdırılan səfərinə xüsusi diqqət ayrılıb. Baş katib qeyd edib ki, Qırğız Respublikasının prezidenti Sadır Japarovun sammitdə iştirakla bağlı dəvətini məmnuniyyətlə qəbul edib”.

Mətbuat xidmətinin məlumatına görə, tərəflər görüş zamanı beynəlxalq və regional gündəmdə duran aktual məsələləri, həmçinin Qırğızıstanla BMT arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Kulubayev isə BMT-nin sülhün möhkəmləndirilməsi, dayanıqlı inkişaf və çoxtərəfli əməkdaşlığın təşviqində mühüm rol oynayan əsas universal beynəlxalq təşkilat olduğunu vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »