Böyük Britaniya hakimiyyəti Rusiyaya qarşı sanksiya siyahısını 18 yeni mövqe ilə genişləndirib və siyahıya Gürcüstan, Qırğızıstan, BƏƏ, Panama və Salvador şirkətlərini də əlavə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya hökumətinin rəsmi saytında yer alıb.
Sənədə əsasən, sanksiyalara aşağıdakı şirkətlər daxil edilib: Salvadorun "Nueva Cryptologia", Gürcüstanın "Arvix", "Rapira" və "Aifory", Qırğızıstanın "Avrasiya Əmanət Bankı", Dövlət Broker Şirkəti ASC və USDKG, BƏƏ-nin "Bitpapa", Marşal adalarının "Sooty Limited", Panamanın "Huobi Global", eləcə də Böyük Britaniyada qeydiyyatdan keçmiş "Exmo Exchange".
Bundan əlavə, siyahıya Rusiyanın daşınmaz əmlak sahəsində fəaliyyət göstərən "Diamant Estate" şirkəti, eləcə də digər Rusiya firmaları — "Trace Road" və "Alistera" da daxil edilib.
Bizimyol.info






