Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikada yaşayan 12 yaşlı Nərmin yüksək nəticə ilə “Math Honors” a yüksəldi
Amerikada yaşayan 12 yaşlı Nərmin yüksək nəticə ilə “Math Honors” a yüksəldi

Müsahibim ABŞ-da yaşayan, Mason məktəbində riyaziyyatdan 100 baldan 98 bal toplayan və yüksək nəticə göstərərək “Math Honors” proqramına qəbul olunan 12 yaşlı Nərmin Ocaqverdiyevadır.

Mason məktəbləri ABŞ-da yüksək akademik standartlara malik təhsil müəssisələri kimi tanınır. Burada şagirdlərdən təkcə dərsləri yaxşı oxumaq deyil, həm də analitik və məntiqi düşünmə bacarıqları göstərmək tələb olunur.

“Math Honors” proqramı isə adi dərs proqramından daha çətin və geniş məzmunlu riyaziyyat dərslərini əhatə edir. Məqsəd uşaqlarda problem həll etmə və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməkdir.

Nərmin Ocaqverdiyeva Bizimyol.info xəbər portalının ona ünvanlandığı sualları cavablandırıb.

  • Riyaziyyatı bu qədər sevməyinə səbəb nədir?

-Riyaziyyatda mənə ən maraqlı gələn şey problemləri həll edəndə düşündürməsi və düzgün cavabı tapanda hiss etdiyim sevincdir. Mən challenge (çətin tapşırıq) sevirəm. Riyaziyyat mənə həm məntiqi düşünməyi, həm də səbirli olmağı öyrədib. Math mənim üçün sadəcə dərs deyil, bir puzzle kimidir. Çətin sualı həll edəndə çox xoşbəxt oluram.

Mason (Meyson) məktəbində oxumaq Azərbaycandakı məktəblə müqayisədə nə ilə fərqlənir?

-Burada şagirdlərin fikirlərini sərbəst deməsinə daha çox imkan verilir və dərslər daha interaktiv keçir. Mason City School District (Meysın şəhərinin məktəb sistemi) məktəbində müəllimlər təkcə nəticəyə yox, düşünmə prosesinə də diqqət edirlər. Azərbaycanda da güclü təhsil var, amma burada xüsusilə layihə, teamwork və problem-solving daha çox istifadə olunur.

  • “Math Honors” proqramına qəbul olunanda nə hiss etdin?

-Çox sevindim və qürur duydum, çünki zəhmətimin qarşılığını aldığımı hiss etdim. Bir az həyəcanlandım, amma eyni zamanda özümə daha çox inanmağa başladım. Bu proqram mənə göstərdi ki, daha böyük hədəflərə çata bilərəm.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »