İran düşmənin hava hücumlarını daha effektiv dəf etmək məqsədilə yeni hava hücumundan müdafiə (HHM) sistemlərini istifadəyə verməyi planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdollahi məlumat verib.
Onun sözlərinə görə, “düşmənin hava hücumlarına qarşı daha səmərəli mübarizə aparmaq üçün yeni HHM sistemləri istismara veriləcək”.
Əli Abdollahinin açıqlamasını İranın "Al Alam" telekanalı yayıb.
Bizimyol.info






