ABŞ dövlət katibi Marko Rubio İranla aparılan danışıqlarda müəyyən irəliləyişin əldə olunduğunu bildirib və yaxın günlərdə bu mövzuda yeni açıqlamaların verilə biləcəyini istisna etməyib.
Bizimyol.info xəbər verir ki, bu barədə o, Yeni Dehlidə jurnalistlərə açıqlamasında deyib.
“Hazırda sizin üçün konkret xəbərim yoxdur, lakin ola bilsin ki, bir qədər sonra açıqlama verilsin. Bəlkə də verilməyəcək. Ümid edirəm ki, olacaq, amma hələlik əmin deyiləm”, - deyə dövlət katibi qeyd edib.
ABŞ diplomatiyasının rəhbəri bildirib ki, İranla dialoq üzrə işlər hazırda da davam edir: “Müəyyən irəliləyiş əldə olunub. Mən sizinlə danışdığım anda belə, proses üzərində iş gedir. Ola bilər ki, bu günün sonuna, sabah və ya yaxın bir neçə gün ərzində deyəcəyimiz yeni məqamlar olsun”, - deyə o əlavə edib.
Hazırda Hindistanda səfərdə olan Rubio əlavə detallar açıqlamayıb.
Bizimyol.info






