Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN: ABŞ ilə danışıqlarda nüvə məsələsi və sanksiyaların ləğvi hələ müzakirə olunmayacaq
İran XİN: ABŞ ilə danışıqlarda nüvə məsələsi və sanksiyaların ləğvi hələ müzakirə olunmayacaq

İran və ABŞ arasında aparılan danışıqların hazırkı mərhələsində nüvə proqramı və Tehrana qarşı sanksiyaların ləğvi məsələsi gündəmə gətirilməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai məlumat verib.

Onun sözlərinə görə, əgər nüvə məsələsi müzakirə olunmursa, sanksiyaların ləğvi ilə bağlı detallara da toxunulmayacaq. Baqai bildirib ki, İranın sanksiyaların götürülməsi tələbi danışıqlarda açıq şəkildə ifadə olunub və bu, dəyişməz mövqedir.

Diplomat qeyd edib ki, bu məsələlər yalnız gələcək mərhələlərdə, mümkün razılaşma üzərində iş başa çatdıqdan sonra müzakirə oluna bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »