ABŞ Dövlət Departamenti Ukraynadakı 500-dən çox tibb müəssisəsində, o cümlədən 25 laboratoriyada yoluxucu xəstəliklərin, vərəmin və HİV-in öyrənilməsi üzrə proqramlar həyata keçirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı ABŞ-ın Ukraynadakı səfirliyinin məlumatlarına əsasən nəticə çıxarıb.
Bildirilir ki, ABŞ tərəfindən dəstəklənən tibbi proqramlar Ukraynanın 21 bölgəsindən 16-sında həyata keçirilir.
2026-cı ilin mart ayının sonuna olan məlumata görə, ABŞ-ın Ukraynadakı səfirliyi təxminən 10 milyon dollar dəyərində dərman və digər tibbi ləvazimatların tədarükünü və paylanmasını idarə edib. Həmin tarixə qədər 100.000-dən çox insan yoluxucu xəstəliklərin tədqiqatında iştirak edib. Səfirlik həmçinin bu proqramları həyata keçirən 3500-dən çox tibb işçisinin işini maliyyələşdirib.
Daha əvvəl ABŞ Milli Kəşfiyyat İdarəsi onilliklər ərzində Amerika vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən 30-dan çox ölkədəki 120-dən çox bioloji laboratoriya ilə bağlı araşdırma başlatdığını elan etmişdi. "The New York Post" qəzeti onlardan 40-dan çoxunun Ukraynada yerləşdiyini bildirib.
Bizimyol.info






