Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Pakistan pavilyonunun rəsmi açılışı baş tutub.
Bizimyol.info xəbər verir ki, açılış mərasimində Pakistanın Pəncab vilayətinin Baş naziri Məryəm Navaz Şərif iştirak edib.
Pakistan pavilyonunda ölkənin şəhərsalma, sosial mənzil təminatı və dayanıqlı urbanizasiya istiqamətində həyata keçirdiyi layihələr təqdim olunub. Pavilyonda xüsusilə aztəminatlı ailələrin mənzillə təmin olunmasına yönəlmiş proqramlar nümayiş etdirilib.
Qeyd edək ki, WUF13 çərçivəsində dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, şəhərsalma mütəxəssisləri və beynəlxalq təşkilat nümayəndələri Bakıda bir araya gəlib.
Leyla Mirzə






