Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“2030-cu ilə qədər hər 10 nəfərdən 8-i ev sahibi olacaq”
“2030-cu ilə qədər hər 10 nəfərdən 8-i ev sahibi olacaq”

Malayziyada mənzil təminatı sahəsində həyata keçirilən siyasətlər və əlçatan yaşayış layihələri Ümumdünya Şəhərsalma Forumunda (WUF13) diqqət mərkəzində olub.

Bizimyol.info-ya müsahibə verən Urbanice Malaysia təşkilatının baş icraçı direktorunun müavini Dr. Haji Mohd Rizal Bin Osman bildirib ki, sürətli urbanizasiya şəraitində mənzil məsələsi dünyanın bir çox ölkəsi üçün əsas prioritetlərdən birinə çevrilib və Malayziya bu istiqamətdə mühüm addımlar atır.

Onun sözlərinə görə, Malayziyada mənzil siyasətinə rəhbərlik edən əsas qurum Mənzil və Yerli İdarəetmə Nazirliyidir. Nazirlik ölkə əhalisinin mənzil təminatını yaxşılaşdırmaq və hər kəs üçün əlçatan yaşayış imkanları yaratmaq məqsədilə genişmiqyaslı proqramlar həyata keçirir.

Dr. Haji Mohd Rizal Bin Osman qeyd edib ki, nazirlik tərəfindən ölkə üzrə 100 milyon əlçatan mənzilin təmin olunması hədəfi müəyyənləşdirilib və hazırda bu istiqamətdə ciddi nəticələr əldə olunub.

“Bu, olduqca radikal və mühüm yanaşmadır. Yalnız dövlət qurumları deyil, özəl şirkətlər, tikinti şirkətləri və ştat hökumətləri də bu prosesə cəlb olunub”, – deyə o bildirib.

Müsahibədə vurğulanıb ki, Malayziya hökuməti mənzil sahibliyinin artırılması istiqamətində uzunmüddətli strategiya həyata keçirir. Məqsəd 2030-cu ilə qədər ölkədə mənzil sahibi olanların sayını 80 faizdən yuxarı səviyyəyə çatdırmaqdır.

Urbanice Malaysia nümayəndəsinin sözlərinə görə, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi bu hədəflərə çatmaq üçün əsas amillərdən biri hesab olunur.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »