Vyana polisi beynəlxalq musiqi yarışması “Eurovision”da İsrailin iştirakı əleyhinə etirazlar fonunda təhlükəsizlik tədbirlərini gücləndirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa nəşri "Politico" Avstriya hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik tədbirləri adi səviyyədən xeyli gücləndirilib və bu, İsrailin yarışmadakı iştirakı ilə bağlı keçirilən etiraz aksiyaları ilə əlaqədardır.
Əvvəllər BBC xəbər agentliyi bildirib ki, İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya “Eurovision-2026”nı milli televiziya vasitəsilə yayımlamaqdan imtina edib. 2025-ci ilin sonunda həmin ölkələr İsrailin iştirakına etiraz olaraq yarışmaya öz iştirakçılarını da göndərməmişdi. Bu boykot yarışmanın 70 illik tarixində ən böyük etiraz dalğası olub.
“Eurovision-2026” Avstriyanın paytaxtı Vyanada 12, 14 və 16 may tarixlərində keçirilir.
Bizimyol.info






