ABŞ lideri Donald Tramp vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubionu öz dövründən sonra ölkəni idarə etmək üçün ideal namizədlər kimi qiymətləndirib.
Bizimyol.info xəbər verir ki, bununla bağlı Trampın çıxışın Ağ Evin "YouTube" kanalında yayımlanıb.
Prezident potensial varislərini düşündüyünü bildirib və tədbir iştirakçılarına 2028-ci il prezident və vitse-prezident seçkilərində namizədliklər kimi onlara səs verməyi təklif edib. Tramp Vens və Rubionu qeyd etsə də, hər birini hansı vəzifədə görməsini açıqlamayıb.
“Bu, ideal səsvermə olardı. Əslində, mən buna "yuxu komandası" deyirəm, amma kiçik detallar var”, – deyə ABŞ prezidenti Ağ Evdəki Roz Qardendə nahar zamanı çıxışında bildirib.
Tramp 2025-ci ildə üçüncü dəfə prezidentliyə namizəd olmayacağını açıqlamışdı. ABŞ konstitusiyasının 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişinə əsasən, eyni şəxs yalnız iki dəfə prezident seçilə bilər. Növbəti ABŞ prezident seçkiləri 2028-ci ildə keçiriləcək.
Bizimyol.info






