İslamabadda ABŞ və İran arasında yeni danışıqlar raundu gələn həftə keçirilə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" diplomatik mənbələrə istinadən məlumat verib.
Bildirilir ki, tərəflər vasitəçilərlə birlikdə anlaşma memorandumu üzərində işləyir. Bu sənəd müharibənin dayandırılması ilə bağlı bir aylıq danışıqlar prosesinin şərtlərini müəyyənləşdirəcək.
Razılaşma əldə olunacağı təqdirdə, ilkin olaraq bir ay nəzərdə tutulan prosesin tərəflərin razılığı ilə uzadılması da mümkündür.
Eyni zamanda, Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı diplomatik mənbəyə istinadla bildirib ki, danışıqlarda əsas diqqət münaqişənin dayandırılması üzrə anlaşma memorandumu, Hörmüz boğazıın açılması və ABŞ tərəfindən İran üzərində tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasına yönəlib.
Bununla belə, mənbə danışıqlar prosesinin çətin getdiyini və hələ də ciddi maneələrin qaldığını vurğulayıb.
Bizimyol.info






