ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla razılaşma təklifi Tehranı nüvə silahından imtina etməyə və ABŞ-a “nüvə tozu”nu verməyə sövq edir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Ev mətbuat xidməti prezidentin sözlərinə istinadən mlumat verib.
“Bu, sadəcə bir səhifəlik təklifdən daha çox şeydir. Əslində bu təklif o deməkdir ki, onların nüvə silahı olmayacaq. Onlar bizə nüvə tozu və bizim istədiyimiz digər bir çox şeyləri verəcəklər”, - deyə Tramp qeyd edib:
O, “nüvə tozu” dedikdə, ABŞ-ın 2025-ci ilin iyun ayında hava zərbələri endirdiyi İranın İsfahan, Natanz və Fordo nüvə obyektlərində yerləşən yüksək zənginləşdirilmiş uranı nəzərdə tutur.
Qadir, Bizimyol.info






