“Azərbaycan Texnologiya Universitetinin ərazisində ağacların kəsilməsi ilə bağlı yayılan məlumat əsasında 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb”.
Bu barədə Bizimyol.info xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilib: “10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev bildirib ki, araşdırma zamanı universitetin həyətində 11 ağacın aqrotexniki qaydalara uyğun olmayan şəkildə budandığı və nəticədə zədələndiyi, lakin bioloji inkişafdan qalmadığı müəyyən edilib.
Faktla bağlı universitetin Təchizat və təsərrüfat şöbəsinin müdiri Abdulla Fərzəlizadə barəsində akt, protokol tərtib olunub. Eyni zamanda, ərazidəki ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilməsi ilə bağlı tapşırıq verilib”.
Bizimyol.info






