ABŞ lideri Donald Tramp köməkçilərinə İranın uzunmüddətli blokadası üzrə plan hazırlamağı tapşırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) mənbələrə istinadla xəbər verib.
Mənbələrin verdiyi məlumata görə, Ağ Ev bu yaxınlarda neft tankerləri də daxil olmaqla gəmilərin İran limanlarından çıxmasının qarşısını almaqla İslam Respublikası iqtisadiyyatına təzyiq göstərməyi dəstəklədiyini bildirib. ABŞ administrasiyası rəhbərinin sözlərinə görə, digər variantlar - bombardmanların yenidən başlanması və ya münaqişədən çıxmaq - Vaşinqton üçün blokadanı davam etdirməkdən daha böyük risklər daşıyır.
Nəşr qeyd edir ki, Tramp İranla bağlı gələcək addımlar barədə ziddiyyətli məsləhətlər alır.Bəzi rəsmilər Ağ Evi açıq şəkildə Tehrana təzyiqi artırmağa çağırır, digərləri isə Hörmüz boğazının bağlı qalmasının və ya hərbi əməliyyatların davam etməsinin ABŞ iqtisadiyyatına zərər verəcəyindən və Respublikaçılar Partiyasının ara seçkilərdəki fəaliyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcəyindən narahatlıqlarını bildirirlər.
Qadir, Bizimyol.info






