Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
1500 növə yaxın çeşidi olan kalla zanbaqları işıqlı mühiti sevən, həmişəyaşıl və çoxillik bitki kimi tanınır - Video
1500 növə yaxın çeşidi olan kalla zanbaqları işıqlı mühiti sevən, həmişəyaşıl və çoxillik bitki kimi tanınır - Video

Kalla zanbaqları son illərdə ən çox seçilən dekorativ bitkilərdən biridir. Zərif görünüşü və sadə, amma gözoxşayan forması ilə evlərdə, ofislərdə və bağlarda tez-tez istifadə olunur. Eyni zamanda hədiyyə kimi də çox seçilən çiçəklərdəndir, çünki həm estetik, həm də mənalı bir görüntü yaradır.

Kalla zanbaqları zanbaq ailəsinə aid bitkidir və əsasən Cənubi Afrikadan yayılıb. Ən çox ağ rəngi ilə tanınsa da, çəhrayı, sarı, qırmızı, narıncı və bənövşəyi kimi müxtəlif rənglərdə də rast gəlinir. Uzun gövdəsi və parlaq yarpaqları ilə, əsasən çiçək buketlərində və toy dekorasiyalarında geniş istifadə olunur.

Kalla zanbaqlarının baxım prosesi, ümumilikdə çətin deyil. Amma bəzi məqamlara diqqət etmək lazımdır. Suvarma mütəmadi olmalıdır və torpaq daim nəm qalmalıdır. İşıqlı mühit sevir, amma birbaşa günəş şüası yarpaqlara zərər verə bilər. Gübrə verilməsi də vacibdir, lakin həddindən artıq gübrə bitkinin yarpaqlarını yandıra bilər, buna görə ölçülü istifadə edilməlidir.

Kalla çiçəyi simvolik mənalar da daşıyır. Əsasən saflıq, təmizlik, məsumluq və sevgi ilə əlaqələndirilir. Buna görə də toy mərasimlərində tez-tez istifadə olunur. Eyni zamanda barışıq və üzrxahlıq ifadəsi kimi də hədiyyə edilə bilər. Rənglərinə görə mənaları dəyişə bilər, məsələn ağ rəng saflığı, sarı isə fərqli emosional mənalar ifadə edə bilər.

Kalla çiçəyi, ümumilikdə Asiya mənşəli hesab edilən və təxminən 1500 növə yaxın çeşidi olan bitkidir. Həmişəyaşıl və çoxillik bitki kimi tanınır. Yaz və yay aylarında çiçək açır, əsasən may və iyun aylarında çiçəkləmə başlayır və iyul ayına qədər davam edir.

Kalla çiçəyi rütubətli torpağı sevir və suvarma torpağın üst qatı qurumadan aparılmalıdır. Həftədə bir dəfə suvarma çox vaxt kifayət edir, amma hava şəraitinə görə bu dəyişə bilər. Kalla həm qapalı, həm də açıq məkanda yetişdirilə bilər və yarı kölgəli yerlərdə daha yaxşı inkişaf edir.

Kalla çiçəyi həm də havanı təmizləmə xüsusiyyəti ilə tanınır. Formaldehid, benzol və trixloretilen kimi zərərli maddələri udaraq havanın keyfiyyətini yaxşılaşdıra bilir. Yarpaqlarının təbii görünüşü və ümumi estetikası isə mühitə sakit və rahat bir atmosfer qatır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »