Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: Ermənistan–Gürcüstan sərhədinin demarkasiyası üzrə razılıq əldə olunub
Paşinyan: Ermənistan–Gürcüstan sərhədinin demarkasiyası üzrə razılıq əldə olunub

Ermənistan ilə Gürcüstan arasında dövlət sərhədinin demarkasiyası prosesinin başa çatdırılması ilə bağlı razılıq əldə olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəd xidmətinin yaradılması günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Gündəlikdə duran məsələlərdən biri Gürcüstanla sərhədin demarkasiyası prosesini yekunlaşdırmaqdır. Bu istiqamətdə gürcü tərəfdaşlarla artıq razılıq əldə olunub”, – deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, 2024-cü ilin yanvarında Tbilisiyə səfəri zamanı Paşinyan Ermənistan və Gürcüstanın dövlət sərhədinin delimitasiyası prosesini sürətləndirmək barədə razılığa gəldiyini bildirmişdi. Həmin ilin aprelində isə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bu prosesin yenidən bərpa olunacağını açıqlamışdı. Onun sözlərinə görə, delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılır.

Ermənistan–Gürcüstan sərhədinin uzunluğu 224 kilometrdir. Tərəflər SSRİ-nin dağılmasından sonra bu sərhədin delimitasiyası üzərində işləyirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »