"Ermənistan ifrat yoxsulluğu faktiki olaraq aradan qaldırıb".
Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın Əmək və Sosial İşlər naziri Arsen Torosyan Vətəndaş Günü qeyd etmələri zamanı jurnalistlərə bildirib.
"Vətəndaşlar bu gün əvvəlkindən daha yaxşı yaşayırlar və sabah da sülh, iqtisadiyyat və öz səyləri sayəsində daha yaxşı yaşayacaqlar. Səy göstərənlər daha yaxşı yaşamağa başlayırlar və biz başqalarını da eyni şeyi etməyə - işləməyə və sərvət yaratmağa təşviq edirik", - deyə Torosyan qeyd edib.
O, Ermənistanın ifrat yoxsulluğu faktiki olaraq aradan qaldırdığını bildirib və orta yoxsulluq səviyyəsi tədricən azaldığını deyib. O, bunu müəssisələrin, vətəndaşların və dövlət büdcəsinin səyləri ilə əlaqələndirib. “İfrat yoxsulluq demək olar ki, aradan qaldırılıb. 2024-cü ilin məlumatlarına görə, onun səviyyəsi 0,6%-dir. 2025-ci ilin yekunlarına əsasən isə nəticələr daha yaxşı — sıfra daha yaxındır. 2026-cı ildə də vəziyyət eyni olacaq — həm müşahidələrimiz, həm də statistika bunu göstərir”, — deyə Torosyan bildirib.
Baş nazir Nikol Paşinyan bir müddət əvvəl Ermənistanda yoxsulluğun təxminən 23%-də qaldığını və bu rəqəmin son illərdə əhəmiyyətli dərəcədə azalmadığını bildirmişdi.
Bizimyol.info






