Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyenin Türkiyəyə dair açıqlamalarını “uğursuz” adlandırıb.
Bizimyol.info xəbər verir ki, Böyük Britaniyaya səfəri çərçivəsində Oksford Universitetində keçirilən “Türkiyənin xarici siyasət baxışı” adlı tədbirdə çıxış edən Fidan, Von der Leyenin “Avropa qitəsini tamamlamalıyıq ki, Rusiya, Türkiyə və ya Çin təsiri altına düşməsin. Daha böyük və geosiyasi düşünməliyik” sözləri ilə bağlı sualı cavablandırıb.
“Von der Leyenin açıqlamaları uğursuz idi. Lazımi əlaqələr quruldu. Düşünürəm ki, məsələ həll edildi və düzəldildi”, - deyə nazir bildirib.
Von der Leyenin bu açıqlamaları Aİ daxilində də narazılıq doğurub. Aİ Komissiyasının mətbuat xidməti isə Türkiyənin NATO-nun mühüm müttəfiqi və Aİ-yə namizəd ölkə olduğunu vurğulayaraq, “Türkiyə regionda iqtisadi və siyasi baxımdan danılmaz əhəmiyyətli tərəfdaşdır” bəyanatını verib.
Bizimyol.info






