Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahzadə: Ukraynadakı müharibə Rusiyanın məqsədyönlü siyasətinin nəticəsidir
Şahzadə: Ukraynadakı müharibə Rusiyanın məqsədyönlü siyasətinin nəticəsidir

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nə təsadüf, nə də qaçılmaz şəraitin nəticəsidir — bu, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü siyasətin məhsuludur.

Bizimyol.info xəbər verir ki, bu barədə Sasseks hersoqu, Şahzadə Harri Kiyev Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, münaqişənin başlanğıc nöqtəsi Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət zəmanətini nəzərdə tutan Budapeşt Memorandumunun pozulması olub.

“Bu, nə təsadüfdür, nə anlaşılmazlıq, nə də müharibənin "dumanı"dır. Bu, ən yüksək səviyyədə planlaşdırılmış və həyata keçirilmiş davamlı, məqsədyönlü siyasətin nəticəsidir. Hər şey Budapeşt Memorandumunun pozulması ilə başlayır,” – deyə Şahzadə Harri vurğulayıb.

O, həmçinin mülki əhaliyə qarşı qəsdən hücumların, kütləvi qətllərin, işgəncələrin, cinsi zorakılığın və deportasiyaların soyqırımı əlamətləri kimi qiymətləndirilə biləcəyini qeyd edib.

Şahzadə Harri beynəlxalq təhlükəsizlik zəmanətlərinin roluna da diqqət çəkərək, bu zəmanətlərin verilməsində iştirak etmiş ölkələrin məsuliyyət daşıdığını bildirib.

“ABŞ Ukraynanın suverenliyi və sərhədlərinin qorunacağına dair zəmanətin bir hissəsi idi. Bu, Amerika liderliyi üçün mühüm məqamdır”, – deyə o əlavə edib.

Sasseks hersoqunun fikrincə, Ukrayna artıq öz dayanıqlığını və gücünü nümayiş etdirib. Bu gün əsas məsələ isə beynəlxalq ictimaiyyətin onun qətiyyətinə uyğun hərəkət edib-etməyəcəyidir.

“Sual Ukraynanın dözəcəyində deyil. Sual ondadır ki, dünyanın qalan hissəsi sizin qətiyyətinizə uyğunlaşa biləcəkmi”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Şahzadə Harri Kiyevə əvvəlcədən elan olunmamış səfərlə gəlib və bundan əvvəl də Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsinə dəstəyini ifadə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »