Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İranla danışıqlar üçün Pakistana yola düşüb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İranla danışıqlar üçün Pakistana yola düşüb

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İranla sülh danışıqlarında iştirak edən ABŞ nümayəndə heyəti Pakistana yola düşüb.

"Report" xəbər verir ki, bu barədə "The New York Post" qəzetinə ABŞ Prezidenti Donald Tramp bildirib.

Prezident nümayəndə heyətinin tərkibinə xüsusi nümayəndə Stiv Uitkoff və məsləhətçi Cared Kuşnerin də daxil olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ABŞ nümayəndələri danışıqların növbəti raundu üçün artıq İslamabada yollanırlar və yerli vaxtla bu gün axşam saatlarında oraya çatacaqlar.

Trampın sözlərinə görə, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunarsa, o, İranın yüksək vəzifəli liderləri ilə şəxsi görüş keçirməyə də hazırdır.

Son xəbərlər
Bütün xəbərlər »