Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Qeyd edilir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlandı.

Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olundu, əlaqələrimizin inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunuldu.

Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirildi.

Maya Sandu vurğuladı ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir.

Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Son xəbərlər
Bütün xəbərlər »