Bizimyol.info xəbər verir ki, "Bloomberg" agentliyinin reytinq cədvəlinə görə, uzun müddət Asiyanın milyarderlər siyahısında birinci yeri tutan hind iş adamı Mukeş Ambani 90,8 milyard dollarlıq sərvəti ilə ikinci yerə düşüb və dünyada 20-ci mövqeyə qədər geriləyib. Bu il fond bazarlarında səhmlərin qiymətlərinin kəskin dəyişməsi nəticəsində Adani Qrupunun aktivləri 8,1 milyard dollar artıb, "Reliance Industries" isə 16,9 milyard dollar itirib.
Bombey Fond Birjasında cümə günü aparılan ticarət göstəriciləri də bu dəyişkənliyi təsdiqləyib. Burada Adani Qrupunun qiymətli kağızlarının dəyəri yenidən kəskin artıb və nəticədə Qautam Adaninin sərvəti bir gündə 3,6 milyard dollar yüksəlib.
"The Economic Times" nəşrinin qeyd etdiyi kimi, Adani və Ambaninin sərvətindəki kəskin dalğalanmalar Hindistanın əsas indekslərinin düşməsi fonunda baş verib. Bu, Yaxın Şərqdəki münaqişə səbəbindən ticarət gərginliyinin artması, neft təchizat zəncirlərində pozuntular və ABŞ-ın qeyri-müəyyən tarif siyasəti ilə bağlı qlobal bazarın zəifliyini əks etdirir.
Bizimyol.info






