Yeni Macarıstan hökuməti digər dövlətlərin işlərinə müdaxilə etməyəcək və eyni münasibəti onlardan gözləyir.
Bizimyol.info xəbər verir ki, bu barədə 12 aprel parlament seçkilərində qalib gəlmiş “Tisa” partiyasının rəhbəri Peter Madyar bildirib.
“Bütün xarici dövlətlərdən xahiş edirəm, Macarıstana eyni hörmətlə yanaşsınlar, necə ki, biz onlara hörmətlə yanaşırıq. Biz digər suveren dövlətlərin hüquqlarına hörmət etməliyik. Keçmişdən fərqli olaraq, mən heç bir digər ölkənin, hətta Balkan ölkələrinin daxili işlərinə müdaxilə etməyəcəyəm”, - deyə o qeyd edib.
Peter Madyar yaxın gələcəkdə Viktor Orbanı əvəz edərək Macarıstanın yeni baş naziri olacaq.
Bizimyol.info






