Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: İranın danışıqlar masasına qayıdıb-qayıtmaması məni maraqlandırmır
Tramp: İranın danışıqlar masasına qayıdıb-qayıtmaması məni maraqlandırmır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın danışıqlar masasına qayıdıb-qayıtmayacağı onu narahat etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp Vaşinqtondakı Endryus hərbi aviabazasında jurnalistlərə açıqlamasında bildirib.

“Onların danışıqlar masasına qayıdıb-qayıtmaması mənim üçün fərq etmir. Əgər qayıtmasalar, bu da məni qane edir”, – deyə Prezident ABŞ ilə İran arasında silahlı münaqişənin tənzimlənməsi üzrə danışıqların nə vaxt bərpa olunacağı ilə bağlı suala cavab verərkəb bildirib.

Ağ Evin rəhbərinin sözlərinə görə, “İran hazırda çox ağır vəziyyətdədir” və çıxılmaz durumdadır.

Aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ tərəfinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtondan bildirilib ki, tərəflər bəzi ziddiyyətli tələblər səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Növbəti danışıqların detalları isə hələlik açıqlanmayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »