Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-İran danışıqları öncəsi Hörmüz Boğazından bir neçə gəmi keçib
ABŞ-İran danışıqları öncəsi Hörmüz Boğazından bir neçə gəmi keçib
Bəzi gəmilər ABŞ və İran arasında İslamabadda şənbə günü başlaması gözlənilən danışıqlar fonunda Hörmüz Boğazından keçib.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN xüsusi portallara istinadla məlumat verib.

Bilairilir ki, bundan əlavə, bir neçə yük gəmisi də Fars körfəzindən boğaza doğru hərəkət edib.

ABŞ Prezidenti Donald Tramp 7 aprel tarixində İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Onun sözlərinə görə, tərəflər demək olar ki, bütün mübahisəli məsələləri həll edib və Vaşinqton Tehranın 10 maddədən ibarət təkliflərini gələcək danışıqlar üçün “işgüzar baza” kimi nəzərdən keçirir. ABŞ administrasiyasının rəhbəri qərarın Hörmüz Boğazının açılması hazırlığı kimi qəbul edildiyini bildirib. Tehranda isə razılaşıblar ki, “müdafiə hücumlarını” dayandırsınlar, əgər İslam Respublikası hücuma məruz qalmayacaqsa.

Pakistan Baş Naziri Şahbaz Şərif, tərəflər arasında vasitəçi olaraq, onları İslamabadda keçiriləcək danışıqlara dəvət edib; görüşlər yaxın saatlarda başlayacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »