Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpinq Pekində Tayvanın Komindan Partiyasının sədri Çjen Liven ilə görüşüb.
Bizimyol.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“ÇKP MK-nın baş katibi Si Cinpinq cümə günü səhər Pekində Çin Komindan Partiyasının sədri Çjen Liven ilə görüş keçirib”, – deyə məlumatda bildirilir.
Bu, Komindan Partiyası liderinin son 10 ildə materik Çinə ilk səfəridir. Aprelin 12-dək davam edəcək səfərin əsas məqsədi Tayvan boğazının iki tərəf arasında əlaqələri gücləndirməkdir.
Bizimyol.info






