Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rufiz Hafizoğlu: "ABŞ-la İran arasındakı "müvəqqəti atəşkəs" sülhə bərabər qərar sayıla bilməz, bu müharibənin qalibi də yoxdur"
Rufiz Hafizoğlu: "ABŞ-la İran arasındakı "müvəqqəti atəşkəs" sülhə bərabər qərar sayıla bilməz, bu müharibənin qalibi də yoxdur"

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ və İran arasında elan olunmuş atəşkəsi alqışladığını bəyan edib. Qurum atəşkəsin əldə olunmasında vasitəçilik edən tərəflərin səylərini yüksək qiymətləndirib. Bildirilib ki, bu addımın regionda gərginliyin azalmasına və davamlı sülhə töhfə verəcəyi gözlənilir. XİN tərəfləri dialoqa çağıraraq Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ bunu “14 günlük möhlət”, İran isə ağır döyüşlərdən sonra İran xalqının qələbəsi kimi qiymətləndirir, İsrail isə bu vaxta daha fərqli yanaşır: “İsrail İrana zərbələrin endirilməsində olduqca məhdud sayda iştirak edirdi. Əsas hədəfi Livan idi. Bu gün səhər saatlarında Benyamin Netanyahu daha öncə Livanın da bu atəşkəsə daxil olmasına baxmayaraq, "bu atəşkəs Livanı əhatə etmir" deyə qeyd etdi”.

  • İran və ABŞ vaxt qazanacaq?

“ABŞ İranın irəli sürdüyü bəndləri qəbul etməyəcək. Burada belə bir bənd var: “ABŞ ordusu Yaxın Şərqdən çıxır”. ABŞ-ın Küveyt, Türkiyə, İraq, Qətər, Səudiyyə Ərəbistan və BƏƏ-də olan bazalarına “çıxıb gedəcəyi” inandırıcı görünmür. Bu, absurddur. Burada iki əsas bəndin üzərində dayanmaq olar. Bunlardan biri Hörmüz məsələsi, digəri isə İranın nüvə texnikasını inkişaf etdirməsi məsələsidir. ABŞ-ın İranın nüvə məsələsi ilə problemi yoxdur. Problem nüvə proqramının kim tərəfindən və necə idarə olunmasıdır”, – deyə politoloq qeyd edib.

Rufiz Hafizoğlunun fikrincə, müvəqqəti razılaşmada Fələstinlə bağlı bir bəndin olmaması İsrailə jestdir: “Əqsa əməliyyatı başlayanda İranın oradakı hədəflərindən biri də bu əməliyyatın fonunda öz nüvə proqramını inkişaf etdirmək idi. Həqiqətən də, elə oldu”.

Politoloq qeyd edib ki, atəşkəs sülhə bərabər deyil: “İranın bunu qələbə kimi qeyd etməsi geri qalmış zehniyyətdən başqa bir şey deyil. Ölkənin infrastrukturu dağıdılıb, obyektləri vurulub, ölənlər var. Bütün bunların fonunda İranın “qələbə qazandıq” deməsi absurddur. İran qələbə qazanmadı, İran sadəcə mövcud rejimi qoruyub saxladı. Rejim, xalqın qanı bahasına ayaqda qaldı. İnfrastruktur dağıldı, xalq pərişan oldu. İran bunu bərpa edə biləcəkmi? Edəcək. Bunu fanat ordusunda olan milyonlarla insan həyata keçirəcək. Amma İran əvvəlki İran olmayacaq. Ərəb ölkələrinin də İrana münasibəti əvvəlki kimi olmayacaq”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »