Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: Süni intellekt canlı hədəflərə zərbə qərarlarını qəbul etməyəcək
Tramp: Süni intellekt canlı hədəflərə zərbə qərarlarını qəbul etməyəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, süni intellektin (Sİ) canlı hədəflərə zərbə endirilməsi barədə qərar verməsinə icazə verməyəcək.

Bizimyol.info xəbər verir ki, Tramp bu barədə "Time" jurnalına verdiyi müsahibədə deyib.

“Buna yol verməyəcəyəm. Mən süni intellekti hörmətlə qarşılayıram, amma belə qərarları yalnız prezident qəbul edir və yalnız o halda ki, prezident kifayət qədər səlahiyyətli və bilikli olsun”, – deyə o qeyd edib.

Mart ayında ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri Frank Brədli də açıqlamışdı ki, amerikalı hərbçilər Sİ-nin canlı hədəflərə zərbə qərarını müstəqil qəbul etməsinə imkan vermirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »