ABŞ Prezidenti Donald Tramp bildirib ki, hələlik İrana qarşı amerikalı hərbi əməliyyatın başa çatdığını elan etməyə və Hörmüz boğazında normal gəmiçilik şərtlərini bərpa etmək səylərini dayandırmağa hazır deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "CBS News" telekanalına verdiyi müsahibədə söyləyib.
“Bir vaxt gələcək, bunu edəcəyəm. Amma hələ yox”, – deyə Tramp bildirib.
"The Wall Street Journal" qəzeti mənbələrə istinadla xəbər verib ki, Tramp müşavirlərinə kampaniyanı İrana qarşı sona çatdırmaq istədiyini, hətta Hörmüz boğazı əksər hallarda bağlı qalsa belə, bildirmişdi.
28 fevral tarixində ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar İranın böyük şəhərlərinə, o cümlədən Tehrana yönəldilib. İran İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı əks-hücum əməliyyatı həyata keçirdiyini açıqlayıb. ABŞ-ın hərbi obyektləri həmçinin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında hədəf alınıb.
İran hökuməti ABŞ, İsrail və onların hərəkətini dəstəkləyən ölkələrə aid gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarına gəlib. Münaqişə dövründə bir sıra tanker gəmiləri boğazdan Tehranın icazəsi olmadan keçdiyi üçün hücuma məruz qalıb. 25 mart tarixində İranın Xarici İşlər naziri Abbas Ərakçi bildirib ki, İran Hörmüz boğazından keçidi dost ölkələr, o cümlədən Rusiya, Hindistan, İraq, Çin və Pakistan üçün açıq elan edib.
Bizimyol.info






